Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Tarix: 2014-05-01 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən 1 may 2014-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhrəmanlığın hərbi qulluqçular və gənclər arasında təbliği” mövzusunda layihə çərçivəsində tədbir keçirilib.

Xidmət rəisinin birinci müavini polkovnik Zaur Abdullayev giriş nitqi ilə çıxış edərək belə tədbirlərin mühüm əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, bu layihənin gənclərin hərbi xidmətə göndərilməsinə cavabdeh olan bir qurumun əməkdaşları üçün təşkil edilməsi olduqca təqdirəlayiq haldır: “Xidmət ictimai birliyin bu istiqamətdə gələcəkdə də keçiriləcək tədbirlərinə dəstək olmağa hazırdır”.

Sonra hərbçi jurnalist İbrahim Məsimoğu həyata keçirdikləri layihə barədə ətraflı məlumat verib. O qeyd edib ki, istedadlı rəssam Əmirxan Nuar tərəfindən yağlı boyalarla çəkilmiş təsviri sənət əsəri layihənin icrasında əldə edilmiş ən dəyərli nəticələrdən biridir. Sözügedən rəsm əsəri “701 kəlbəcərlilərin xilasında” adını daşıyır.

Layihə çərçivəsində 701 saylı briqadanın Kəlbəcərin mühasirəsi zamanı kütləvi qəhrəmanlıq  nümunələrindən bəhs edən “Briqada” sənədli filmi də ərsəyə gətirilib. Tədbirdə Xidmətin əməkdaşlarına sənədli filmi nümayiş etdirilib.

 Daha sonra layihənin rəhbəri, Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Əzizağa Qənizadə kəlbəcərlilərin xilası üçün aparılan döyüş əməliyyatlarından danışıb. 

Ağstafa