Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib

Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib

Tarix: 2013-07-31 00:00:00

Arzu Rəhimov Şəki vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyulun 31-də Xidmətin Şəki rayon şöbəsinin inzibati binasında Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən şəhər və rayon sakinlərinin qəbulunu həyata keçirib.

Qəbulda 25-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ağstafa