Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 20.08.2014-cü il tarixdə saat 10:00-da Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında (Tovuz şəh. İ.Mürşüdov küç. 26) Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar 19.08.2014-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.