Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini SMS vasitəsilə də öyrənə biləcəklər

Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini SMS vasitəsilə də öyrənə biləcəklər

Tarix: 2014-09-26 00:00:00

Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini SMS vasitəsilə də öyrənə biləcəklər

 

Çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçmələri barədə məlumatları qısa mesaj (SMS) vasitəsilə də öyrənə biləcəklər. Yeni elektron xidmət oktyabr ayından etibarən istifadəyə veriləcək. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı əldə edəcəklər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara hazırda 5 elektron xidmət (çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi, hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu) göstərilir.

Ağstafa