SHXÇDX-nin komandası I Peyntbol üzrə Azərbaycan çempionatında iştirak edib

SHXÇDX-nin komandası I Peyntbol üzrə Azərbaycan çempionatında iştirak edib

Tarix: 2014-11-12 00:00:00

SHXÇDX-nin komandası I Peyntbol üzrə Azərbaycan çempionatında iştirak edib

 

 

Qəbələ rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr-Konstitusiya Günü münasibətilə keçirilən I Peyntbol üzrə Azərbaycan çempionatı başa çatıb. İki gün davam edən yarışma Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, ASAN Xidmətin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə Qəbələ Olimpiya İdman Kompleksində keçirilib. Çempionatda Fövqəladə Hallar, Ədliyyə, Vergilər nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ASAN Xidmətin və “Komandos” Peyntbol Klubunun komandaları iştirak ediblər. Hər komandada 6 nəfər olub. Nizamnaməyə uyğun olaraq oyunlar hər biri 8 dəqiqə olmaqla 2 hissədə keçirilib.

Yarışda Fövqəladə Hallar Nazirliyinin komandası birinci, ASAN Xidmətin komandası ikinci, Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası isə üçüncü yeri tutublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komandası çempionatı dördüncü yerdə bitirib. Qalib və iştirakçılara diplomlar təqdim olunub. 

Ağstafa