Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

Tarix: 2015-02-19 00:00:00

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

 

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin, Samux, Göygöl, Mingəçevir, Goranboy və Daşkəsən rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Qəbulda 45 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, eləcə də təkrar tibbi müayinəyə cəlb olunmaları, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyaların ödənilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ağstafa