Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Lənkəran və Lerikdə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Lənkəran və Lerikdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 20 iyun 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi,…

Tarix: 2019-05-30 17:46:57

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 20 iyun 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Lənkəranda Astara və Lənkəran  rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Elə həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Lerikdə vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 17 iyun 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Ağstafa