Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 19 sentyabr 2019-cu il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)…

Tarix: 2019-08-29 17:56:14

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 19 sentyabr 2019-cu il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Şəkidə Oğuz, Qəbələ və Şəki  rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Elə həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Zaqatalada Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 16 sentyabr 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Ağstafa