Bu gündən müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başladı

Bu gündən müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başladı

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq oktyabrın 1-də Səfərbərlik və Hərbi Xidmətə…

Tarix: 2019-10-01 17:22:04

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq oktyabrın 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Gəncə şəhəri və Kəlbəcər rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

Mərasim iştirakçıları və çağırışçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Şəhər rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələrinin, Kəlbəcər rayon bölməsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Heydər Əliyev parkındakı Amfiteatrda keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, Dövlət Himni ifa olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. Bildirib ki, ölkəmizin vətənpərvər gəncliyi torpaqlarımızın müdafiəsinə daim hazırdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xidmətlərindən, hərbi sahədə həyata keçirilən islahatlardan, qazanılmış nailiyyətlərdən danışıb. Bildirib ki, artıq Azərbaycanın güclü və qüdrətli ordusu var. Müasir hərbi texnika, silah-sursatla təmin olunmuş, döyüş ruhu yüksək olan Azərbaycan Silahlı Qüvvələri Respublikamızın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Y.Mirzəyev ölkəmizdə hərbi sahədə aparılan islahatların tərkib hissəsi olaraq yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynadığını diqqətə çatdırıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, müddətli həqiqi hərbi xidmətə hazırlanması və onların hərbi xidmətə çağırışa cəlb olunmasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən olduğunu bildirib. Müddətli həqiqi hərbi xidmətə yola düşən gənclərə uğurlar diləyib. Vurğulayıb ki, hər birimiz hər an Vətənin müdafiəsinə hazır olmalıyıq. Gənclərimiz Azərbaycan əsgəri kimi müqəddəs adı yüksəkdə tutmalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün nəzəri və praktiki  hərbi biliklərə yiyələnməlidir.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan qədim Gəncə şəhərində gənclərin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşmələrinin xalqımızın ordusuna olan inamını ifadə etdiyini diqqətə çatdırıb. 

Çağırışçılar adından danışan Hacıalı Hacıyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi şərəfli bir missiyanı layiqincə yerinə yetirəcəklərinə söz verib.

Tədbirin bədii hissəsində Gəncə Dövlət Dram Teatrının aktyorları, bədii qiraət ustaları tərəfindən vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim olunub, Şəmistan Əlizamanlının və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında mahnılar səsləndirilib.

Vətəndaşların kütləvi iştirakı ilə yadda qalan tədbirin sonunda gənclər  Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı