Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mühazirə təşkil edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mühazirə təşkil edildi

Tarix: 2013-04-19 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mühazirə təşkil edildi


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər planına əsasən növbəti mühazirə təşkil edildi.

Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini polkovnik  Zaur Abdullayev açıq elan etdikdən sonra, söz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Fuad Məmmədova verildi. Professor nitqinə Ulu öndərin mədəniyyət  və kulturologiyanın  inkişaf etdirilməsi istiqamətində apardığı islahatlardan danışmaqla başladı. O bildirdi ki, idarəetmə strukturunun mükəmməlləşdirilməsində, neft kapitalının insan kapitalına çevrilməsində ümummilli liderin misilsiz xidmətləri olub: “ Bu gün Ulu öndərin qurucusu olduğu ölkə idarəetməsinin struktur və mexanizmləri Qərbin siyasi idarəetmə tendensiyalarına əsaslanan bir xətlə inkişaf etdirilməsi və ölkələr, xalqlar arasında mədəniyyətlərarası dialoqların qurulması istiqamətində atılan addımlar  onun siyasi kursunun davamçısı olan Ali Baş komandan cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir” .

Daha sonra professor Fuad Məmmədov Şəxsi heyət üzvləri tərəfindən ünvanlanan  sualları cavablandırdı.

Ağstafa