20 Yanvar - Xalqın birliyinin və milli ləyaqət hissinin top-tüfəngə qalib gəldiyi gün

20 Yanvar - Xalqın birliyinin və milli ləyaqət hissinin top-tüfəngə qalib gəldiyi gün

1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan…

Tarix: 2021-01-20 10:22:43

1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Həmin faciəli günlərdən 31 il keçir. Ulu Öndərimizin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Şəhidlər xiyabanı özündə həm ümummilli kədər və iztirabı, həm də xalqımızın mübarizliyini, yenilməz iradəsini əks etdirən məkandır.

Bu müqəddəs məkanı hər yaşda olan insanlar ziyarət edirlər. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə, qəhrəman şəhidlərimizə borcluyuq.

 

https://azertag.az/xeber/20_Yanvar___Xalqin_birliyinin_ve_milli_leyaqet_hissinin_top_tufenge_qalib_geldiyi_gun__FOTOKOMPOZISIYA-1692123

Ağstafa