Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir

Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir

Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” devizi altında silsilə tədbirlərə start verilib. Respublikanın bütün şəhər və rayonlarında təşkil olunan təntənəli…
Tarix: 2021-11-02 12:08:36

Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” devizi altında silsilə tədbirlərə start verilib. Respublikanın bütün şəhər və rayonlarında təşkil olunan təntənəli tədbirlərdə Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, döyüşlərdə nümayiş etdirdikləri qəhrəmanlığa görə Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunmuş müharibə iştirakçıları, qazilər, çağırışaqədərki hazırlıq rəhbərləri, məktəblilər iştirak edirlər. 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlərdə çıxış edənlər bildiriblər ki, Vətən Müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərən, torpaqlarımızı canı, qanı bahasına işğaldan azad edən şəhidlərimiz əbədi ehtiram ünvanıdır. Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qüdrəti, Azərbaycan əsgərinin igidliyi, xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi gücü tarixi Qələbəni təmin edən mühüm amillər oldu. “Dəmir yumruq” xalqımızın qələbə əzminin təntənəli nümayişi kimi tarixə düşdü. Keçirilən tədbirlərdə şanlı qəhrəmanlıq salnaməsi yazan Azərbaycan xalqının düşmən üzərində tarixi zəfər qazanaraq qalib xalq olduğunu dünyaya sübut etdiyi diqqətə çatdırılıb. Vətən torpaqları uğrunda fədakarcasına vuruşan qəhrəman hərbçilərimizin sayəsində işğaldan azad olunmuş tarixi torpaqlarımızda üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı iftixar hissi ilə qeyd olunub. Çıxışlarda o da vurğulanıb ki, gənclərimizin Vətəninə, millətinə layiqli övlad olmaq istəkləri qürurvericidir. Belə ki, çətin, lakin şərəfli 44 gündə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər çağırış vərəqəsində və sərəncamlarda göstərilmiş tələblərə ciddi riayət etməklə və təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməklə xalqımızın Vətəninə, dövlətinə bağlılığını əyani nümayiş etdirdi.

Ağstafa