Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 15 İyun – Milli Qurtuluş günü qeyd olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 15 İyun – Milli Qurtuluş günü qeyd olunub

Tarix: 2013-06-14 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 15 İyun – Milli Qurtuluş günü         qeyd olunub

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Toplantıda Xidmət rəisinin müavini general-mayor Novruzəli Orucov çıxış edib. 15 iyunun Azərbaycan xalqı üçün daşıdığı tarixi əhəmiyyətdən söz  açan Novruzəli Orucov ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının dönüş nöqtəsi olduğunu vurğuladı. Ulu öndərin Azərbaycanı məhv olmaqdan xilas etməsi xalq tərəfindən Qurtuluş günü olaraq dəyərləndirildi və bu tarix bayram kimi qeyd olundu. Novruzəli Orucov hər bir azərbaycanlının ümummilli lider Heydər Əliyevi daim minnətdarlıq hissi ilə xatırlayacağını və onun ideyalarının yaşaması üçün qüvvəsini əsirgəməyəcəyini vurğuladı.

Çıxışdan sonra tədbir ulu öndərin Azərbaycanda quruculuq işlərinə dair sənədli filmin nümayişi ilə davam etdirilib.

Ağstafa