Nizami rayonu "Şahin" hərbi-idman oyununun qalibi olub

Nizami rayonu "Şahin" hərbi-idman oyununun qalibi olub

Mayın 10-da "Şahin" hərbi-idman oyununun respublika final mərhələsi keçirilib.

Yarışdan bir gün öncə, "Şahin" hərbi-idman oyununun final mərhələsinin iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər…

Tarix: 2022-05-10 11:57:49

Mayın 10-da "Şahin" hərbi-idman oyununun respublika final mərhələsi keçirilib.

Yarışdan bir gün öncə, "Şahin" hərbi-idman oyununun final mərhələsinin iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər. Yarış iştirakçıları sonra ll Fəxri xiyabana gələrək torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil edilən final oyunu təntənəli açılış mərasimi ilə başlanıb.

Yarış iştrakçılarının hərbi paradından və sıra düzülüşündən sonra gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Elşad Əbilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov çıxış edərək “Şahin”lərə uğurlar arzulayıblar. 

Xüsusi təyinatlı hərbçilərin nümunəvi çıxışlarından sonra yarış iştirakçılarının mübarizəsinə start verilib.

Zona yarışlarının qalibi olan 18 komandanın mübarizəsində qalib adını Nizami rayonu "Şahin”ləri qazanıblar. İkinci yerə Sumqayıt, üçüncü yerə isə Ordubad məktəbliləri layiq görülüblər.

Qaliblərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər və İdman Nazirliyi adından hədiyyələr, diplom və plaketlər verilib.

Ağstafa