Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 13.07.2013-cü il tarixdə saat 09:00-da Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında (Gəncə şəhəri, M.A. Abbaszadə küçəsi - 45) Ağstafa, Samux, Göygöı, Qazax, Tovuz, Şəmkir, Goranboy, Daşkəsən, Gədəbəy və Gəncə rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar 12.07.2013-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.