Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib

Tarix: 2023-03-10 15:53:05

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyi münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda onlayn təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi siyasəti ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. Akademik Ulu Öndərin milli kadr potensialının formalaşdırılması və gələcək mütəxəssislərin hazırlanması istiqamətində gördüyü işləri, eləcə də Azərbaycanda peşəkar hərbçi kadrların hazırlanması prosesində misilsiz xidmətlərini iştirakçıların diqqətinə çatdırıb. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanda səmərəli inklüziv inkişaf siyasəti, innovativ dövlət idarəçiliyi strategiyası, insan potensialının formalaşması istiqamətində uğurla həyata keçirilən mütərəqqi işlər Ümummilli liderin dövlətçilik irsinə sədaqətin məntiqi nəticəsidir.

Ağstafa