Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirləri davam edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirləri davam edir

Tarix: 2023-03-17 16:18:55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Respublika Hərbi Prokurorluğu ilə birgə hazırlanmış tədbirlər planına əsasən toplantıların keçirilməsini davam etdirir.

Növbəti belə tədbirlər Bakı və Naxçıvan şəhərlərində həmçinin Lənkəran, Şəki, Göygöl və Bərdə rayonlarında keçirilib. Tədbirlərdə təsdiq edilmiş planın bəndləri üzrə müəyyən edilmiş mövzulara dair SHXÇDX Aparatının və Hərbi Prokurorluğun məsul əməkdaşları tərəfindən mühazirələr oxunub, hərbi xidmətə çağırış proseslərinin həyata keçirilməsinə məsul şəxslərin hüquq və vəzifələri, normativ hüquqi aktların tələbləri izah edilib.

Təqdim edilən mövzularla bağlı tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və qarşıda duran vəzifələr barədə tövsiyələr verilib.

Ağstafa