Arzu Rəhimov Ağdaşda vətəndaşları qəbul edib

Arzu Rəhimov Ağdaşda vətəndaşları qəbul edib

Tarix: 2013-09-14 00:00:00

Arzu Rəhimov Ağdaşda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 14 sentyabrda Xidmətin Ağdaş rayon şöbəsinin inzibati binasında Göyçay, Bərdə, Mingəçevir, Yevlax, Ağsu, Ucar, Tərtər və Ağdaş rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

 Qəbulda 40-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. 

Ağstafa