«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə dəyişikliklər barədə

«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə dəyişikliklər barədə

Tarix: 2013-11-15 00:00:00

«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə dəyişikliklər barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə Nazirlər Kabinetinin 2 oktyabr 2013-cü il tarixli qərarı ilə dəyişikliklər edilmişdir. Nazirlər Kabinetinin Əsasnamədə etdiyi dəyişikliklər «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması) aparılmışdır.

Qanunun 20.2.-ci bəndində göstərilmişdir: «Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir». Əsasnamənin 2008-ci il 29 fevral tarixli variantında 2.9.-cu bəndində göstərilmişdir: «İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılır». Belə ki, «3 aydan 12 aya qədər olan müddətə» cümləsi yeni variantda «hər dəfə 1 ildən artıq olmamaq şərti ilə» cümləsi ilə əvəz edilmişdir.

Qanunun 20.3. bəndinin tələbinə əsasən «Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər». Yəni Əsasnaməyə edilən dəyişiklik «Dinj dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı»hesab edilərək ehtiyata keçirilən vətəndaşların hər il müayinədən keçirilməsi demək deyil.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ji il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»də 2 oktyabr 2013-cü il tarixli dəyişikliklər «hərbi xidmətə müvəqqəti yararsızdır» kateqoriyasına aid edilən şəxslərə şamil edilir.

Əsasnaməyə digər dəyişikliyə görə çağırış komissiyalarının tərkibinə psixoluqun əlavə edilməsi çağırışçıların mənəvi-psixoloji durumunu daha dərindən öyrənib qiymətləndirilməsi məqsədi daşıyır.

Ağstafa