Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında atıcılıq turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında atıcılıq turniri keçirilib

Tarix: 2014-05-03 00:00:00

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında atıcılıq turniri keçirilib

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti may ayının 3-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında atıcılıq turniri keçirib. Yarışa qoşulmaq üçün KİV nümayəndələrindən yaradılmış 19 komanda müraciət edib. Turnirdə iştirak edən komandalar ilk mərhələdə püşkatma nəticəsində müəyyən edilmiş 6 qrupda mübarizə aparıblar. Qruplarda birinci yeri tutan komandalar ikinci mərhələdə yarışı davam etdiriblər.

Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini polkovnik Zaur Abdullayev açıb. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə  ölkəmizdə, eləcə də həmvətənlərimiz yaşayan bütün xarici dövlətlərdə silsilə tədbirlərə start verildiyini qeyd edərək,  Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində müstəsna yeri olduğunu vurğulayıb: “Məhz Heydər Əliyevin böyük səyləri nəticəsində Bakıda hərbi təmayüllü ilk ümummtəhsil məktəbinin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması ilə başlanan müdrik siyasəti milli ordumuzun formalaşmasında mühüm rol oynamışdır. Bu gün regionun lider dövlətinə çevrilən Azərbaycan güclü ordusu ilə də Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmuşdur”.

Z.Abdullayev ümid etdiyini bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan bu turnir vətəndaşlarımızın hərbi vətənpərvərlik tərbiyəsində Kütləvi İnformasiya Vasitələrinin rolunun daha da artırılmasına xidmət edəcək.

Daha sonra media təmsilçilərinə təhlükəsizlik qaydaları barədə təlimat verilib və yarışa başlanılıb.

İki mərhələnin yekununda Trend Beynəlxalq İnformasiya Agentliyi birinci yerin, İnterpress.az saytı ikinci yerin, “Kaspi” qəzeti uçuncu yerin sahibi olub. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib. 

Agstafa