Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 19.06.2014-cü il tarixdə saat 10:00-da Xidmətin Lənkəran rayon şöbəsinin inzibati binasında (Lənkəran şəh. Şəhidlər Xiyabanı küç. 1) Astara, Lerik, Yardımlı və Lənkəran şəhər və rayon sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar 18.06.2014-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.