Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Milli Qurtuluş günü qeyd olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Milli Qurtuluş günü qeyd olunub

Tarix: 2014-06-13 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Milli Qurtuluş günü qeyd olunub

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Toplantıda Xidmət rəisinin birinci müavini polkovnik Zaur Abdullayev çıxış edib. 15 iyunun Azərbaycan xalqı üçün daşıdığı tarixi əhəmiyyətdən söz  açan Zaur Abdullayev ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin parçalanmaqdan xilas olduğunu vurğuladı. Ulu öndərin Azərbaycanı məhv olmaqdan xilas etməsi xalq tərəfindən Qurtuluş günü olaraq dəyərləndirildi və bu tarix bayram kimi qeyd olundu. Zaur Abdullayev hər bir azərbaycanlının ümummilli lider Heydər Əliyevin ideyalarının yaşaması üçün qüvvəsini əsirgəməyəcəyini vurğuladı.

Çıxışdan sonra tədbir Milli Qurtuluş gününə dair sənədli filmin nümayişi ilə davam etdirilib.

Agstafa