SHXÇDX-nin Qazax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

SHXÇDX-nin Qazax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Tarix: 2014-11-22 00:00:00

SHXÇDX-nin Qazax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Tədbir iştirakçılarına məlumat verilib ki, bina ən müasir tələblərə cavab verir. İkimərtəbəli binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Bina ilə ətraflı tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rövşən Əlvəndov Qazax rayon şöbəsinin əməkdaşlarını yeni inzibati binanın açılışı münasibətilə təbrik edib. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün də prioritet sahədir. Qeyd olunub ki, ordu quruculuğu, ordunun inkişafı müasir Azərbaycanımızı xarakterizə edən amillərdəndir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov isə son vaxtlar rayonda görülən tikinti-quruculuq işləri haqqında məlumat verib. O, cəbhəboyu zonada yerləşən Qazax rayonunda Dövlət Xidmətinin şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsinin əlamətdar hadisə olduğunu bildirib.
Xidmətin Qazax rayon şöbəsinin rəisi yaradılan şəraitə görə minnətdarlıq edib, öz vəzifələrini layiqincə yerinə yetirəcəklərini bildirib.

Agstafa