Arzu Rəhimov Şuşa, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və Xocalı rayon sakinlərini qəbul edib

Arzu Rəhimov Şuşa, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və Xocalı rayon sakinlərini qəbul edib

Tarix: 2014-12-11 00:00:00

Arzu Rəhimov Şuşa, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və Xocalı rayon sakinlərini qəbul edib

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov dekabrın 11-də Xidmətin Aparatında Şuşa, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və Xocalı rayon sakinlərinin qəbulunu həyata keçirib.

Qəbulda 8 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Agstafa