Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Tarix: 2014-12-12 00:00:00

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

 

Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini polkovnik Zaur Abdullayev açıq elan edərək ulu öndərin Azərbaycanın müstəqil və demokratik dövlət kimi öz sözünü deyən ölkəyə çevrilməsindəki rolundan, hərb sahəsinə verdiyi töhfələrindən ətraflı danışıb. O, ümummilli liderin xatirəsinin hər bir azərbaycanlı tərəfindən əziz tutulduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əmanət olaraq qoyub getdiyi müstəqil Azərbaycanın daha da güclənməsi yolunda hər bir şəxs məsuliyyətlə fəaliyyət göstərməlidir.

Daha  sonra Xidmət rəisinin müavini general-mayor Novruzəli Orucov Heydər Əliyevlə bağlı xatirələrini paylaşaraq onun bir uzaqgörən lider kimi ordu sahəsində gördüyü işlərin əhəmiyyətindən söz açıb.

Mərasimdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “Azərbaycan naminə” filmi nümayiş etdirilib.

Xidmətin Aparatındakı anım mərasimindən sonra  şəxsi heyət ümummilli liderin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Agstafa