Şəhid Rüfət Fətəlizadənin təltif edildiyi medal ailəsinə təqdim olunub

Şəhid Rüfət Fətəlizadənin təltif edildiyi medal ailəsinə təqdim olunub

Tarix: 2014-12-17 00:00:00

Şəhid Rüfət Fətəlizadənin təltif edildiyi medal ailəsinə təqdim olunub

 

 

Ağsu rayonundan 2014-cü il yanvarın 8-də hərbi xidmətə yola salınan Padar kənd sakini Fətəlizadə Rüfət Nazim oğlu avqustun 9-da Tovuzun Əlibəyli kəndi yaxınlığında düşmən həmləsini dəf edərkən döyüşlərdə şəhid olub. Ağsu rayonunda Şəhidlər  məzarlığında əbədiyyətə qovuşan Rüfət  Fətəlizadə torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən 136-cı ağsuludur. Gənc yaşlarında əbədiyyətə qovuşan bu insanlar Azərbaycanda  hər kəs üçün əziz olan  unudulmaz qəhrəmanlardır. Təsadüfi deyil ki, Rüfət Fətəlizadə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Dekabrın 17-də SHXÇDX-nin Ağsu rayon şöbəsinin və rayon İcra Hakimiyyətinin Ağsudakı Şəhidlər məzarlığında birgə təşkil etdiyi tədbirdə Rüfət Fətəlizadənin medalının onun ailəsinə təqdim olunma mərasimi keçirilib. Yüzlərlə ağsulunun, o cümlədən idarə və təşkilatların, məktəblilərin, gənclərin iştirak etdiyi mərasimdə şəhidin məzarı əklil və qərənfillərlə bəzədilib, ruhuna dualar oxunub. 
Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi mayor Elməddin Cəfərov, rayon ağsaqqalları və digər şəxslər çıxış ediblər.

Şəhidin atası Nazim Fətəlizadə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə, rayon icra hakimiyyətinə minnətdarlığını bildirib, mərasimə gələnlərə təşəkkür edib.

Daha sonra medal şəhidin qardaşı Əmrah Fətəlizadəyə təqdim olunub.

Agstafa