Ağsuda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib

Ağsuda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib

Tarix: 2015-01-07 00:00:00

Ağsuda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq yanvarın 7-də Ağsu şəhərindəki Heydər parkında təntənəli ilk yolasalma mərasimi keçirilib.

Mərasim iştirakçıları öncə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Elməddin Cəfərov açıb. Mərasimdə çıxış edənlər Silahlı Qüvvələrimizin sıralarında qulluğun böyük şərəf olduğunu vurğulayaraq, çağırışçıları təbrik ediblər. Çağırışçılar vətən qarşısındakı hərbi borclarını ləyaqətlə yerinə yetirəcəklərini, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam etdirilib. Sonda çağırışçılar Azərbaycan bayrağının və müqəddəs Qurani-Kərimin altından keçərək avtobuslarla hərbi hissələrə yola salınıblar.

Agstafa