Ağcabədi rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

Ağcabədi rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

Tarix: 2015-01-24 00:00:00

Ağcabədi rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

 

 

Yanvarın 24-də Ağcabədi rayonunda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon ictimaiyyəti və məktəblilər iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Görüşdə ehtiyata buraxılan hərbi vəzifəlilərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr, ehtiyatda xidmət izah olunmuş, eləcə də onların bundan sonrakı məşğulluğuna dair fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, görüşdə 2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək bir qrup gənc də iştirak edib.

Agstafa