“Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi keçirilib

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi keçirilib

Tarix: 2015-02-10 00:00:00

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi keçirilib

 

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə akademiyanın Muzey-Sərgi Kompleksində 10 fevral 2015-ci il tarixində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi təşkil olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram!” adlı rəsm müsabiqəsinin yekunu ilə əlaqədar keçirilən bu sərgidə yaşı 18-dək olan şəxslərin vətənpərvərlik ruhunu tərənnüm edən 400-dək  rəsm əsəri nümayiş etdirilib.

Sərgini giriş sözləri ilə açan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu müsabiqənin gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb və qalib gəlmiş iştirakçıları təbrik edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin I müavini polkovnik Zaur Abdullayev çıxış edərək bildirib ki, müsabiqəyə respublikanın demək olar ki, bütün rayon və şəhərlərindən iştirakçılar qatılıb, onların içərisindən ən layiqliləri seçilərək mükafatlandırılıb. Zaur Abdullayev müsabiqənin Xidmət tərəfindən keçirilən hərbi-vətənpərvərlik tədbirlərindən biri olduğunu vurğulayıb və bu işlərin daha intensiv xarakter aldığını bildirib.  

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib və iştirakçılar diplomlarla təltif ediliblər.

Qeyd edək ki, sərgi 14 fevral 2015-ci il tarixinədək davam edəcək.

Agstafa