Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 17.03.2015-ci il tarixdə saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında (Şamaxı şəh. Şirvani küç. 69) Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək..
Qəbula yazılmaq istəyən vətəndaşlar 16.03.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmə və şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.