Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başladı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başladı

Tarix: 2015-04-25 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başladı

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədilə xüsusi təyinatlı təhsil müəssisələrində keçirdiyi görüşlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tədbir keçirilib. Görüşdə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarından təhsildə fərqlənən 100-ə qədər yuxarı sinif şagirdi iştirak edib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, bu görüşlər yeniyetmələrin, gənclərin dövlət rəmzləri, tarixi torpaqlarımız haqqında biliklərinin artırılması baxımından əhəmiyyətlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik-leytenant Azər Babayev hərbi vətənpərvərlik təbliğatı ilə bağlı bir çox tədbirin keçirildiyini, bu işin bundan sonra da davam etdiriləcəyini bildirib. Sonra FHN-in Akademiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, şagirdlər burada yaradılan şərait, tədris prosesi ilə əyani tanış olublar.

Agstafa