Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında II atıcılıq turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında II atıcılıq turniri keçirilib

Tarix: 2015-05-02 00:00:00

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında II atıcılıq turniri keçirilib

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti may ayının 2-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında II atıcılıq turniri keçirib. Yarışa qoşulmaq üçün KİV nümayəndələrindən yaradılmış 21 komanda müraciət edib.

Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açıb. O, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin əhəmiyyətindən danışıb, ulu öndərin bu sahədə həyata keçirdiyi işlərin bu gün də uğurla davam etdiyini bildirib.
Zaur  Abdullayevin sözlərinə görə, Xidmətin media nümayəndələri arasında atıcılıq turniri keçirməsi heç də təsadüfi deyil. Çünki Silahlı Qüvvələrimizin artan qüdrətini dünyaya çatdıran məhz media təmsilçiləridir: "Jurnalistlər arasında atıcılıq turnirini keçirməkdə məqsəd də media nümayəndələrinin tək qələmləri ilə deyil, silaha sarılaraq dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında iştirak edəcəklərini göstərməkdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə jurnalistlər arasında da şəhidlik zirvəsinə ucalanlarımız var. Dünyanın istənilən münaqişə ocağından yayımlanan reportajlarda hərbçilərin yanında mütləq bir jurnalisti, operatoru görə bilərik. Bu baxımdan hərbçilərlə jurnalistlərin çəkdiyi əziyyət arasında heç bir fərq görmürük".

Daha sonra media təmsilçilərinə təhlükəsizlik qaydaları barədə təlimat verilib və yarışa başlanılıb.

Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 6 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri “Hərbi and” qəzeti, II yeri “Trend” Beynəlxalq İnformasiya Agentliyi, III yeri APA TV-nin əməkdaşlarından ibarət komandalar tutub. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib. 

Agstafa