Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 21.05.2015-ci il tarixdə saat 10:00-da Xidmətin Füzuli rayon şöbəsinin inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Ağdam və Füzuli rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar 20.05.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.