Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2012-ci ilin yekunları

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2012-ci ilin yekunları

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat-müşavirə keçirilmişdir.

 

28 dekabr 2012-ci il tarixində  Azərbaycan…

Tarix: 2012-12-28 00:00:00

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat-müşavirə keçirilmişdir.

 

28 dekabr 2012-ci il tarixində  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətlərində 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat-müşavirə keçirilmişdir.

Müşavirədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon(şəhər) idarə, şöbə və bölmələrinin, o cümlədən, Xidmətin aparatının şəxsi heyəti qarşısında hesabat məruzəsi ilə çıxış edən Xidmət rəisi general-leytenant Arzu Rəhimov öz nitqində ölkə prezidenti - Ali baş komandan İlham Əliyevin digər sahələrlə yanaşı ordu quruculuğuna göstərdiyi diqqət və qayğısından söz açmış və  Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci il ərzində Xidmətin qarşısında qoyulmuş vəzifələrə dair görülən işlərin təhlilini aparmışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı gündən bu günə kimi ordunun komplektləşdirilməsi, həqiqi hərbi xidmətdən yayınma hallarının qarşısının alınması, eyni zamanda vətəndaşlarla və digər dövlət qurumları ilə birgə fəaliyyətin təşkil edilməsi istiqamətlərində görülən işlər ətraflı müzakirə olunmuşdur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və onun yerli idarə, şöbə və bölmələrinin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, normativ hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, Xidmətin hərbi qulluqçularının və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında duran tapşırıqların həlli istiqamətində göstərişlər verilmişdir.

Hesabat yığıncağının sonunda aparılan təhlillərin nəticəsi olaraq gələn ildə atılacaq addımlar müzakirə olunmuş, tapşırıqlar və problemlərin həll edilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilmiş, qarşıya qoyulmuş tədbirlərin icra edilməsi və Xidmətin infrastrukturunun yaradılması istiqamətində işlərin aparılması vurğulanmışdır.

 

Agstafa