Ümummilli Lider Heydər Əliyevin «90 illik yubileyi»nin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeyd edilməsi barədə Xidmət rəisi tərəfindən əmr və tədbirlər planı təsdiq edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin «90 illik yubileyi»nin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeyd edilməsi barədə Xidmət rəisi tərəfindən əmr və tədbirlər planı təsdiq edilmişdir.

Tarix: 2013-03-29 00:00:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» 2679 nömrəli Sərəncam imzalamış və bu Sərəncamla yubileyin keçirilməsinə dair geniş Tədbirlər Planını təsdiq etmişdir.

Tədbirlər Planının 11-ci bəndində Respublikanın nazirlik, komitə və digər mərkəzi icra hakimiyyəti orqanlarında ümummilli lider  Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərin xüsusi plan əsasında həyata keçirilməsi  nəzərdə  tutulmuşdur.

Qeyd olunanlara əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmiş tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə                                      

əmr edirəm:

1. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xüsusi Tədbirlər Planı hazırlansın.

2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etsinlər.

3. İctimaiyyətlə Əlaqələr şöbəsi əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

4. İctimaiyyətlə Əlaqələr şöbəsi əmrin əlavəsi ilə birlikdə Xidmətin saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Xidmət rəisinin müavini polkovnik Zaur Abdullayevə həvalə edilsin.

6. Əmr aidiyyəti üzrə çatdırılsın.

  

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  

 

T Ə D B İ R L Ə R   P L A N I

S/s

Keçiriləcək tədbir

İcra olunacaq tarix

      1.       

Xidmətin Aparatının və Bakı Qarnizonun yerli idarə, şöbə və bölmələrinin hərbi qulluqçuları tərəfindən “Fəxri xiyaban”da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarının ziyarət edilməsinin təşkili  

10.05.2013

      2.       

Xidmətin Aparatında  “Azərbaycan Heydər Əliyev dühasının işığında” mövzusunda foto-sərginin təşkili 

aprel - may

      3.       

Xidmətin Aparatında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitabların sərgisinin təşkili

müntəzəm

      4.       

Orta təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan vətəndaşlara «Heydər Əliyev vətənpərvərlik nümunəsi kimi» adlı bukletlərin hazırlanması və paylanması

mart-aprel

      5.       

Xidmətin Aparatında “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda elmi-praktiki konfransın təşkili

26.04.2013

      6.       

Xidmətin Aparatında SHXÇDX-nin əməkdaşları üçün mühazirələrin təşkil edilməsi

-- Filologiya e. üzrə fəlsəfə doktoru Mustafa İsgəndərzadə                                    

-- Tarix e. doktoru, professor Fuad Məmmədov

 

15.04.2013

 

19.04.2013

      7.       

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmlərə şəxsi heyətin baxışının təşkili

- Heydər Əliyev. «Lider»;

 

 

03.04.2013

- Heydər Əliyev. «Birinci»;

09.04.2013

- Heydər Əliyev «Bir həsədin tarixi»;

12.04.2013

 

- Heydər Əliyev. «Əsl məhəbbət haqqında»;

17.04.2013

- Heydər Əliyev. «Xüsusi təyinat»;

23.04.2013

- Heydər Əliyev. «Taley»;

30.04.2013

- Heydər Əliyev. «Moskva-Kreml»

03.05.2013

      8.       

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında səfərbərlik xidməti əməkdaşlarının ürək sözlərinin öz əksini tapdığı “Qəlbimizdə yerin var” Xatirə Kitabının tərtib edilməsi

aprel - may

      9.       

“10 may 1923-cü il – xalqımızın həyatına Nur doğdu” başlığı altında təntənəli yubiley – tədbirin keçirilməsi

10.05.2013

Agstafa