Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 26 İyun – Silahlı Qüvvələr günü qeyd olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 26 İyun – Silahlı Qüvvələr günü qeyd olunub

Tarix: 2013-06-25 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 26 İyun – Silahlı Qüvvələr günü      qeyd olunub

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib. Toplantıda Xidmət rəisi general-leytenant Arzu Rəhimov çıxış edib. Xidmətin əməkdaşlarını Silahlı Qüvvələrin 95 illik yubileyi münasibətilə təbrik edən Arzu Rəhimov öncə Azərbaycanda ordu quruculuğunun tarixindən söz açıb. Xidmət rəisi Cümhuriyyət dövründə qoyulan ənənənlərin sonrakı illərdə uğurla davam etdirildiyini vurğulayıb. Arzu Rəhimov SSRİ-nin tərkibində olduğu dövrdə də Azərbaycan xalqının orduya, hərb işinə diqqətlə yanaşdığını, Böyük Vətən müharibəsi illərində göstərilən qəhrəmanlıqların bunun sübutu olduğunu qeyd edib. Ötən əsrin 70-ci illərini isə ordu quruculuğunda dönüş nöqtəsi hesab etmək olar. Arzu Rəhimov vurğulayıb ki, məhz həmin dövrdə Azərbaycanda hərbi məktəblərin əsasını qoyan ümummilli lider Heydər Əliyev dövlətimizin müstəqilliyini düşünürdü: “Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vahid komandanlıq altında ordu quruculuğu prosesinə başlanıldı və qısa müddət ərzində nizami ordu yaradıldı. Bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Silahlı Qüvvələrinin inkişafında iştirak edən bir qurum olduğunu deyən Arzu Rəhimov Xidmətdə çalışan hər bir şəxsin ordu quruculuğuna töhfə verməsi üçün var qüvvəsi ilə fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Çıxışdan sonra Xidmətin şəxsi heyətinin müxtəlif təltif növləri ilə rəğbətləndirilməsinə dair əmrlər oxunub.

Agstafa