Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib

Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib

Tarix: 2013-08-10 00:00:00

Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov avqustun 10-da Xidmətin Qax rayon bölməsinin inzibati binasında simal-qərb regionu üzrə vətəndaşların qəbulunu keçirib. Qəbulda Şəki,  İsmayıllı, Qəbələ, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarından olan 25-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. 

Agstafa