Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

 

 

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

 

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 19 oktyabrda Xidmətin Sabirabad…

Tarix: 2013-10-19 00:00:00

 

 

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

 

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 19 oktyabrda Xidmətin Sabirabad rayon şöbəsinin inzibati binasında Kürdəmir, Hacıqabul, Zərdab, Ağcabədi, Ağdam, İmişli, Beyləqan, Füzuli, Saatlı, Şirvan və Sabirabad rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Qəbulda 30-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə  qəbulu, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Agstafa