Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 05.12.2013-cü il tarixdə saat 10:00-da Xidmətin Masallı rayon şöbəsinin inzibati binasında (Masallı şəhəri,H. Əliyev pr. 25) Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 04.12.2013-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.