Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Tarix: 2013-12-12 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

 

 

Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib. Mərasim açıq elan edildikdən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra mərasimdə Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “İstiqlal fədaisi” filmi nümayiş etdirilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini polkovnik Zaur Abdullayev çıxış edib. Xidmət rəsinin müavini Ulu Öndər Heydər Əliyevin fəaliyyətini bir filmə sığışdırmağın mümkün olmadığını qeyd edərək,  Ümummilli liderin xatirəsinin hər bir azərbaycanlı tərəfindən əziz tutulduğunu bildirib. O, Ümummilli lider Heydər Əliyevin əmanət olaraq qoyub getdiyi müstəqil Azərbaycanın daha da güclənməsi yolunda hər bir şəxsin məsuliyyətlə fəaliyyət göstərməli olduğunu və məhz bununla Ulu Öndərin adını uca tuta biləcəyini vurğulayıb.

Agstafa