“Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!”

“Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!”

Tarix: 2014-02-19 00:00:00

“Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!”

 

 

Fevralın 19-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!” devizi altında təntənəli mərasim keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Tədbirdən öncə təltifetmə mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov, MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təltif edilənlərə “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalını təqdim ediblər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov, MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış ediblər. Bildirilib ki, Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həyatını itirib, 6 nəfər itkin düşüb, 400-dən çox insan əlil olub. Müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə minnətdarlıq bildirilib.

Mərasim bədii hissə ilə davam etdirilib. Sonda Azərbaycan Əfqanıstan müharibəsi veteranları adından Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Agstafa